Ukrayna MN: "Donetsk və Luqanskdə Rusiyanın 6 hücumu dəf olunub, bir “Su-25”i vurulub"

img

13-04-2022 [09:45]


“Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket zərbələri endirir”.

Mia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə,  Rusiya qoşunları Donetsk və Tavriya istiqamətindən Mariupola aviasiya zərbələri endirir: “Yujnobuq istiqamətində düşmən müxtəlif yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib.

Ötən sutka ərzində Ukraynaın müdafiəçiləri Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb. Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəqibin “Su-25” qırıcısını vurub. Müharibə başlayandan Ukrayna artilleriyaçıları rəqibin 300-cü hava hədəfini məhv edib. Son sutkada Rusiya 11 hərbi texnika, o cümlədən 3 pilotsuz uçan aparat (PUA), 2 özüyeriyən artilleriya qurğusu, “Qrad” və başqa texnika itirib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA