Gürcüstana və Moldovaya Aİ-yə üzvlüklə bağlı sorğu təqdim olunub

img

11-04-2022 [14:44]


Avropa İttifaqı (Aİ) üzvlük müraciəti ilə bağlı sorğunu Gürcüstana və Moldovaya təqdim edib.

Məlumata görə, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi sorğunu Lüksemburqda Gürcüstan və Moldovaya təqdim edib. Sorğunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili təhvil alıb.

Xatırladaq ki, martın 3-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili ölkəsinin Aİ-yə üzvlüklə bağlı namizəd ölkə statusunun alınması üçün müraciət formasınıi imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA