Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillər bu qayda ilə satışa çıxarılacaq - SİYAHI (DETALLAR)
11-04-2022 [16:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası açıqlanıb.
Mia.az xəbər verir ki, bu sənəd “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Sənəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Mənzillərin satışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Fərmanın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.
***
Prezident İlham Əliyev 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
Mia.az xəbər verir ki, qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Qeyd ediilən mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək, onların mənzillə təminatı proqramı daha da genişləndiriləcək.
Qaydaya əsasən, Nazirlik həmin binalardan satışı nəzərdə tutulan mənzillərin sayını müəyyən edəcək və bu barədə məlumatı rəsmi internet saytında ictimaiyyətə açıqlayacaq.
Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.
Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn qaydada satış zamanı Nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı və onların elektron kabinetlərində mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və onlara satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək.
Satışa hazırlıq məqsədilə Nazirlik mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi, mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti, təmirin aparıldığı vaxt) hazırlayıb satış qiymətini müəyyən edəcək. Mediada və rəsmi internet saytında satışın başlanması tarixinə azı 15 gün qalmış satış elanı veriləcək.
Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılacaq. Mənzilin seçildiyi vaxtdan etibarən 10 gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdiriləcək.
Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 gün müddətində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılacaq.
Mənzilllərin hərrac vasitəsilə satışı qaydasını isə Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq edəcək.
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib