Zelenski Cənubi Koreyadah yeni silahlar istədi: "Rusiya hələ də dayanmaq istəmir"

img

11-04-2022 [12:55]


Ukrayna Prezidenti Volodimir Zelenski  Cənubi Koreya parlamentində çıxış edib.

Mia.az xəbər verir ki, o, çıxışında Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini, Moskva ilə bütün iqtisadi əlaqələrin dayandırlmasının vacibliyini qabardıb: "Dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də dayanmaq istəmir. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır”.

Ukrayna prezidentyi daha sonra Cənubi Koreyadah yeni silahlar istəyib: "Sizin Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı var, əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq. Ukraynanın müxtəlif hərbi texnika, o cümlədən tank və təyyarəyə ehtiyacı var. Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı mövcuddur. Əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA