RƏSMİ KİYEV RUSİYA QARŞI AĞIR DÖYÜŞLƏRİN ANONSUNU VERDİ: "Böyük savaşdan sonra Putinlə görüş ola bilər"

img

10-04-2022 [11:18]


“Ukrayna və Rusiya Prezidenti Volodimir Zelenski ilə Vladimir Putin arasında danışıqlardan əvvəl ölkəmiz bir neçə yüksək səviyyəli qələbə qazanmalıdır".

Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bu qələbələr Kremlə imperiya illüziyalarından qurtulmağa, Ukraynanın isə öz tələblərini diktə etməyə kömək edəcək: "Ukrayna böyük döyüşlərə hazırdır. Ukrayna bu döyüşlərdə qalib gəlməlidir. Ukrayna Rusiya üzərindəki qələbələrindən sonra öz tələblərini diktə edəcək. Rusiya imperiya illüziyalarından qurtulmalıdır. Biz hər şeyi edəcəyik ki, sərhədlərimizi Rusiya Federasiyasının imperiya ambisiyalarından həmişəlik bağlamaq üçün çox güclü təhlükəsizlik zəmanətləri əldə edək. Prezident Zelenski bunun üçün tam aydın mövqelər olanda Putinlə görüşəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA