Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir - Aşqabadda

img

09-04-2022 [18:02]


Aşqabad şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir.

Bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında deyib/Report.

Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü çoxdan planlaşdırılsa da, obyektiv səbəblərdən təxirə salınıb. Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin zirvə görüşündə bir sıra razılaşmaların imzalanacağı gözlənilir.

Bundan başqa, bu il Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının və “Mərkəzi Asiya – Rusiya” I Parlamentlərarası forumu keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA