Bu şəxslər 3 min manatadək cərimələnəcək - Prezident qazla bağlı yeni qanunu təsdiqlədi

img

08-04-2022 [15:05]


Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" imzaladığı qanuna əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA