Rusiya Donetskdə vağzalı "İsgəndər"lə vurdu: 5-i uşaq olmaqla 50 mülki şəxs həlak oldu, 100-ə yaxın yaralı var - Zelenski və Rusiya MN-dən açıqlamalar (Yenilənir)

img

08-04-2022 [18:24]


Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını "İsgəndər" raketi ilə vurub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, nəticədə 30-dan  çox mülki şəxs həlak olub.

Məlumata görə, 100-dən çox yaralı var.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko vağzalın "İsgəndər"lə vurulduğunu təsdiq edərək, bildirib ki, öldürülən və yaralanan mülki şəxslər təxliyyə üçün vağzala gəliblərmiş: "Həmin an vağzalda çoxu uşaq, qadın və yaşlı olmaqla, 4 minə yaxın mülki insan vardı. Hazırda xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər".

Prezident Zelenski isə əmiryolu vağzalının “Toçka U” raketi ilə vurulduğunu bildirib.

O, Rusiyanı "qırmızı xətt tanımayan şeytan" adlandırıb. 

Rusiya Müdafiə Nazirliyi isə vağzalı vurmasının səbəbini Ukrayna ordusuna silah daşınması ilə əlaqələndirib: "Rusiya silah vaqonlarını vurub".

Rusiya mediası isə vağzalın "İsgəndər"lə vurulduğunu təsdiqləsə də, hədəfin səhv seçildiyini iddia edir.

***

Ukrayna Prezident Ofisindən bildirilib ki, vağzala iki raket zərbəsi endirilib: "Ölənlərin sayı 30 deyil, 35 nəfərdir. Onlardan 4-ü isə azyaşlıdır". 

***

Rusiya MN vağzalın vurulması ilə bağlı növbəti açıqlama ayıb.

Bildirilib ki, Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil: "Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb”.

***

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

Mia.az xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, ölənlərdən 5-i uşaqdır: "İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA