Bu nazirə yeni səlahiyyət verildi - Hökumətdən qərar
07-04-2022 [15:43]
Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məxsus “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.
Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, ETSN rəhbəri təyin edəcək.
Bununla yanaşı, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.
İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.
Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Cəmiyyətin strukturunu, aparatının işçilərinin say həddi və xərclər smetası barədə təkliflərini hazırlayır və təsdiq edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyət mühasibat uçotunu təşkil edir, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatlarına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir və təsdiq olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edəcək.
Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman