Ukrayna kəşfiyyatçıları Rusiya Qvardiyasının hərbi karvanını məhv edib

img

06-04-2022 [20:31]


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Kiyev vilayətində avtomat silahlar və ağır pulemyotlar daşıyan Rusiya Qvardiyasının hərbi karvanını məhv edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Qvardiyasının 748-ci əməliyyat batalyonunun (6912-ci hərbi hissə, Xabarovsk) hərbçiləri Kiyev vilayətinin Daymer şəhəri yaxınlığında məhv edilib. Əməliyyat zamanı yararsız hala düşən avtomobillərdə onların sənədləri tapılıb.

"Ukrayna xalqının soyqırımı üçün işğalçı birləşmələr əllərində olan bütün silahlardan istifadə ediblər”, - Baş Kəşfiyyat İdarəsi qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA