FIFA DÇ-2022 oyun qaydaları ilə bağlı dəyişikliyə hazırlaşır

img

06-04-2022 [09:17]


FIFA oyunların əsas vaxtına əlavə olunmuş dəqiqələrin artırılmasını nəzərdən keçirir.

"Corriere dello Sport" xəbər verir ki, bu halda görüşlərin vaxtı 100 dəqiqədən çox olacaq.

Ali futbol qurumunun prezidenti Canni İnfantino da bu ideyanın müzakirə olunduğunu təsdiqləyib.

İddiaya görə, yeniliklər 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında sınaqdan keçirilə bilər. Lakin bunun üçün FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) razılığını almalı olacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA