Lavrov: "Moskva belə siçan-pişik oynamaq istəmir”

img

05-04-2022 [23:56]


“Rusiya qoşunlarının Ukraynanı tərk etməsindən və sülh müqaviləsi üzrə referendumun mənfi nəticə ilə keçirilməsindən sonra Kiyevlə danışıqlar yenidən başlamalı olacaq və Moskva belə siçan-pişik oynamaq istəmir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Moskva Ukrayna tərəfinin sülh müqaviləsi bağlanacağı təqdirdə bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını və Rusiya hərbçilərinin Ukraynanı tərk etməsini tələb etməsindən narahatdır: “Bundan sonra parlamentdə referendum, ratifikasiya olacaq. Və çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesi yenidən başlamalı olacaq. Biz belə pişik-siçan oynamaq istəmirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA