Baş katib Putini ölümlərə görə günahlandırdı: "Bu, NATO ilə Rusiya arasında savaşa səbəb olacaq və..."

img

05-04-2022 [16:31]


“Ukraynadakı savaşın məsuliyyəti Rusiya prezidentinin üzərindədir. O, bütün ölümlərə cavabdehdir”.

Mia.az xəbər verir ki, bu sözləri  NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirb ki, NATO Ukraynanın daha böyük fəlakətlərdən qorumaq, onun müdafiəsini təşkil etmək üçün dəstək veri: "İkinci Dünya müharibəsindən bəri Avropada belə hal olmamışdı. Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir. Rusiya insanların yaşamaq hüquqlarına hörmət etmir. Biz Ukraynanı illərdir dəstəkləyirik. Biz on minlərlə ukraynalı əsgərə təlim keçmişik. 2014-cü ilə nisbətən indi Ukrayna Ordusu daha güclüdür. Biz Putinə təzyiqləri artırmağa çalışırıq. Ukraynaya daha çox dəstək verəcəyik. Digər tərəfdən isə biz müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasını istəyirik. Çünki bu, NATO ilə Rusiya arasında savaşa səbəb olacaq və daha çox itki ilə nəticələnəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA