Zelenskidən Krım və Donbasla bağlı Rusiyaya mesaj: "Biz qalibik, bu ərazilər hamımız üçün Ukraynadır”
05-04-2022 [15:09]
“Krımı kiminsə öz ərazisi adlandırmasına imkan vermək istiqamətində danışıqlar aparmaq olmaz”.
Mia.az Report-a istinadıla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.
O, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağını söyləyib: “Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir. İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü, Krımı kiminsə öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz. Bu, yalnız Ukraynanın ərazisidir. Mən sənəddə (Ukraynanın təhlükəsizliyinə təminat haqqında müqavilə - Red.) bu məsələyə dair möhlətlə razıyam. Bu kompromis qərar ola bilər. Donbas mənim, bizim, hamımız üçün Ukraynadır”.
Dövlət başçısının sözlərinə görə, Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazilər barədə hələ danışmırlar: “Fevralın 24-dək bizim nəzarətimiz altında olan ərazilərin statusu barədə hətta müzakirə aparılmır. Biz bu barədə danışmırıq. Hərçənd biz bununla bağlı əvvəldən ultimativ şərtlər eşidirdik. Rusiya müvəqqəti işğal altında olan Donbas bölgəsindəki "respublika"ları tanıyıb. Yaranmış vəziyyətdən çıxş yolu tapmalıyıq. Bu ərazilər Ukraynaya məxsusdur. Onların Ukraynaya məxsus olması ilə bağlı statuslarının saxlanılması vacibdir. Mən şəxsən bu gün Ukraynanı qalib sayıram. Əlbəttə, mən harada, kim, necə dövlət olduğumuzu, nə qədər itki verdiyimiz, itirdiyimizi, itirə biləcəyimizi, nəyi saxladığımızı başa düşürəm. Mən hesab edirəm ki, Rusiyanın genişmiqyaslı müharibəni başladığı nöqtəyə, yəni fevralın 24-dək olan mövqeyə çəkilməsi Ukraynanın qələbəsidir"..
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman