Kiyev sakinləri evlərinə geri dönməyə başlayıb

img

05-04-2022 [14:54]


Bəzi Kiyev sakinləri evlərinə geri dönməyə başlayıb, nəticədə yollarda tıxaclar yaranıb.

Ukrayna mətbuatı xəbər verir ki, tıxaclar əsasən Kiyevin girişində müşahidə olunur.

Şəhərə qayıdanlar isə daha çox yaşlı insanlardır.

Lakin paytaxt meri Vitali Kliçko kiyevliləri şəhərə qayıtmaqla bağlı tələsməməyə çağırır.

Bununla belə, sakinlər pullarının bitməsini və s. amilləri əsas gətirərək öz doğma şəhərlərinə qayıdır.

Kiyevə qayıdanların arasında uşaqlara rast gəlinmir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA