Zelenski Rusiyaya etibar etmədiklərini deyir: "Putinlə görüş olmaya bilər, ruslara dedik ki, bunu da unudun...”
05-04-2022 [12:19]
"Putinlə görüş olmaya bilər”.
Yerli "Segodnya" nəşri xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də jurnalistlərə müsahibəsində bildirib.
Ukrayna lideri Buça şəhərində baş verən faciədən sonra Rusiya ilə danışıqları davam etdirməyin vacib olduğunu söyləyib: “Qısası, bu gün heç nədən danışmayaq demək daha asandır. Ən çətini onların etdiklərini söyləmək, onları düşmən kimi tanımaq, imkan tapıb görüşmək və çıxış yolu tapmaq, eyni zamanda öz ərazilərini itirməməkdir”.
Ukraynanın dövlət başçısı Buçada qətliam tərədən rus hərbçilərdən də söz açıb: "Bizim insanlara işgəncə vermiş həmin cinayətkarlarla daxili işimiz var. Onları tapmaq üçün barələrində informasiya toplamağa başlamışıq. Həmin cinayətkarların tapılmasını istəyən insanlar var. Beynəlxalq qanunvericilik bu məsələdə bizə kömək etməzsə, biz onları Ukrayna qanunları ilə mühakimə edəcəyik”/Report.
Mia.az-ın məlumatına görə, Zelenski daha sonra deyib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var: "Ancaq biz Rusiyaya etibar edə bilmərik. Çünki bu ölkə ilə ən etibarlı sazişi imzalasaq da, Rusiya 2 ildən qayıda bilər. Ona görə Ordu dövlətimizi müdafiə etməyə qadir olmalıdır. Bizim mövqemiz var, və bu mövqe Baş komandanla ortaqdır. Biz nə etdiyimizi yaxşı başa düşürük. Başa düşürük ki, ən etibarlı müqaviləni imzalasaq belə, Rusiya iki ilə qayıda bilər. Əgər biz bunu qəbul etsək, ona uyğun hərəkət edirik. Mən bilirəm ki, danışıqlar zamanı bizim narahatlıqlarımızı Rusiya tərəfinə çatdırılıb. Ona görə də dövlətimizin müdafiə qabiliyyəti ilə bağlı müəyyən şeylərdən danışanda dərhal deyirik ki, biz özünü müdafiə edə bilən dövlət quracağıq... Bizə təhlükəsizlik təminatı lazımdır. Bir çox təfərrüatlar var ki, haqqında danışmaq istəmirəm, çünki onlar uzaqdadır”.
Prezident deyib ki, Rusiya daha bir məqamı da unutmalıdır: "Biz ruslara dedik ki, “denasifikasiya” və “demilitarizasiya” ifadələrini unutsunlar. Bu barədə heç danışmayacağıq. “Denasifikasiya” sadəcə olaraq təhqiramiz səslənir. Buçadakı vəziyyətin göstərdiyi kimi, biz haqlı idik. Rusiya güzgüyə baxmalıdır. Demilitarizasiyadan da söhbət belə gedə bilməz. Ordu təhlükəsizlik məsələsidir”.
Zelenski əlavə edib ki, Ukraynaya NATO-ya üzvlük təklif olunsa, qəbul ediləcək: "Təəssüf ki, bu, olmayacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Ona görə də həyatımızı qoruyacaq təhlükəsizliyimizə zəmanəti özümüz quracağıq”.
Mia.az
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman