Müdafiə naziri rus hərbçilərini "qorxaq" adlandırdı: "Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir"

img

04-04-2022 [13:50]


“Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir". 

Mia.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib.

O bildiriib ki, hazırda Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərindən geri çəkilsə də, Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir: "Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər. Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA