ABŞ Dövlət katibi: "Rusiyaya qarşı daha sərt sanksiyalar üzərində işləyirik"

img

03-04-2022 [17:53]


"ABŞ Rusiyaya qarşı hər gün daha sərt sanksiyalar üzərində işləyir".

"RİA Novosti" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib/Report.

Dövlət katibi, həmçinin deyib ki, ABŞ Kiyevə istifadə edə biləcəkləri silahların ötürülməsini təmin etmək üçün dünya ölkələri ilə işləyir.

"Mən konkret silah sistemləri haqqında danışa bilmərəm, lakin deyə bilərəm ki, bizim administrasiyamız Ukraynaya təkcə son bir ayda 2,3 milyard dollar, o cümlədən 1,6 milyard dollarlıq təhlükəsizlik sistemləri verib. Biz Ukraynanın ehtiyac duyduğu və istifadə edə biləcəyi sistemləri almasına çalışırıq”, - Blinken əlavə edib.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA