Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

img

01-04-2022 [18:50]


Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Hacıkənd bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Hacıkənd və Göygöl qəsəbələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA