"Böyük Dəbilqə": Orxan Səfərov bürünc medal görüşünə çıxmayacaq

img

01-04-2022 [18:02]


Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.

Mia.az xəbər verir ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA