Ukrayna ordusu daha bir şəhəri azad etdi: "Yaxın günlərdə çox yaxşı xəbərlərimiz olacaq"

img

31-03-2022 [22:05]


Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir: “Vışqorod artıq bizimdir, nəzarət altındadır. Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki gün sonra uğurlarımızı daha da inkişaf etdirəcəyik”/Report.

Baş Qərargah rəisinin müavini xəbərdarlıq edib ki, ilk növbədə raket zərbələrindən ehtiyatlı olmaq lazımdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA