Ərdoğan: "Rusiya dünyanın ən güclü 3 dövlətindən biridir, Ukrayna da zəif deyil, hər ikisinin ciddi itkiləri var" -  "Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq"

img

31-03-2022 [15:44]


"Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqlamışıq”.

Mia.az xəbər veirr ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi çox ağır br savaşdır:

“Bu gün Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür, qüvvətdir. Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və sahəsinə görə o qədər də kiçik dövlət deyil. Hazırda, təbii ki, dünya, xüsusən də Qərb Ukraynanı dəstəkləyir, ona sahib çıxır. Belə bir strukturdan söhbət gedir. Bu baxımdan qiymətləndirmələr aparılıb. Əlbəttə, bu da var ki, bəziləri “Bu müharibə bir həftə, 10 günə bitəcək” deyirdi. Gördüyünüz kimi, bir həftə, 10 günə bu müharibə bitməyib. Bitmədi, amma bitib-bitməməsi bir yana, çoxlu itki var. Xüsusilə uşaq və qadınlar baxımından ciddi itkilər var. İndi onlara məhəl qoymamaq mümkün deyil. Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır. Bu prosesdə sülh ən vacib çıxış yoludur. İnanıram,  biz bu işin tez bir zamanda başa çatmasına vəsilə ola bilərik. Türkiyə olaraq belə bir prosesdə həm cənab Putinin, həm də cənab Zelenskinin inamı ilə bu işi başa çatdırmaq bizi xoşbəxt edəcək. Türkiyənin onların görüşünə də ev sahibliyi edəcəyinə əminəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA