ZELENSKİ DAHA BİR ÖLKƏ PARLAMENTİNDƏ ÇIXIŞ ETDİ: "Silah və hərbi texnikanız Ukrayna üçün faydalı ola bilər"

img

31-03-2022 [13:24]


Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın parlamentində çıxış edib.

Mia.az xəbər verir ki, o, dünyanın böyük dövlətlərini, iri şirkətlərini, tanınmış mütəxəssislərini Ukraynanın bərpası layihəsinə qoşulmağa çağırıb:

"Qoy ölkəmizin bərpa olunmağa ehtiyacı olan regionlarını, şəhərlərini, ayrı-ayrı sahələrini himayəsinə götürsünlər. Bunun üçün Avstraliya hökuməti bizə həmrəy ölkə statusunu verib. Ölkənizi bizim cənub bölgələrimizə, Qara və Azov dənizi sahillərinə diqqət yetirməyə dəvət edirəm. Limanlarımızın bərpası, Xerson kimi şəhərlərin inkişafı, Ukrayna dənizçiliyinin dirçəlişi bu dəhşətli müharibədən sonra sabitliyin bərqərar olmasına əhəmiyyətli töhfəniz ola bilər. Siz bizə silah verə bilərsiniz. Sizin mükəmməl “Bushmaster” zirehli maşınlarınız, başqa silah və hərbi texnikanız Ukrayna üçün faydalı ola bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA