Lavrov: "İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk"

img

30-03-2022 [22:09]


"Bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını irəliləyiş kimi qiymətləndirmək olar".

"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz dünən İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk. Bu, hələ ki, yekun nəticə deyil", - nazir jurnalistlərə deyib/Report.

Xatırladaq ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA