Baş Prokurorluqda kollegiya iclası keçirilib - Kamran Əliyevin rəhbərliyi ilə
30-03-2022 [18:12]
Martın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunan kollegiya iclası keçirilib.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, iclasdan öncə 1918-ci ilin mart - aprel aylarında erməni-daşnak millətçiləri tərəfindən Bakıda başlanan və bölgələrdə davam etdirilən soyqırım aktı zamanı 50 mindən çox azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni abidələrin dağıdılaraq məhv edilməsi qeyd edilməklə miqyası və amansızlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları və bütün şəhidlər ehtiramla anılmış, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və qazilərimizə şəfa dilənib.
Xüsusi vurğulanıb ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 80 il sonra erməni millətçilərinin hərəkətlərinə ilk dəfə hüquqi-siyasi qiymət verilməklə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Kollegiya iclasında çıxış edən Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin önəmini qeyd edib.
Baş prokuror həmçinin işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 7 may 2021-ci il və 3 mart 2022-ci il tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunan məsələlərlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış edibər.
Aparılan müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman