"RUSİYA QARA VƏ AZOV DƏNİZLƏRİNƏ ÜZƏN MİNALARI QƏSDƏN BURAXIB" - Rəsmi Kiyev bəyanat yaydı, Moskvanı ittiham etdi
30-03-2022 [12:53]
"Ukrayna Qara dənizdəki qeyri-qanuni fəaliyyətlərə, hərbi cinayətlərə və xüsusən də dəniz minalarından Qara dənizdə nəzarətsiz şəkildə qeyri-qanuni silah kimi istifadəyə görə Rusiyanı beynəlxalq məsuliyyətə cəlb etməkdə israr edir”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri "Qara dənizdə hərbi dəniz qüvvələrinin qeyri-qanuni fəaliyyətini artırıb: "Rusiya mülki dəniz gəmilərini ələ keçirib məhv etməklə, dənizdən Ukrayna ərazisini bombalamaqla yanaşı, dəniz quldurluğunun yeni üsulundan istifadə edir - dəniz minalarından nəzarətsiz üzən sursat kimi istifadə edir. Məhz bu üzən minalar 2022-ci il martın 26-28-də Türkiyə və Rumıniya sahillərində tapılıb. Araşdırmaların nəticəsinə görə, bu minalar 2022-ci ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrində qeydiyyata alınmayıb.
Bu minalar Rusiya silahlı qüvvələri tərəfindən 2014-cü ildə Ukraynanın Sevastopol şəhərinə hərbi müdaxilə və şəhərin müvəqqəti işğalı zamanı ələ keçirilib. Buna görə də Rusiya 2014-cü ildə ələ keçirilən dəniz minalarından istifadə edərək, Ukraynaya qarşı məqsədli şəkildə təxribat törədir və beynəlxalq tərəfdaşlar qarşısında gözdən salmağa çalışır. Rusiyanın üzən dəniz minalarından qəsdən istifadə etməsi bu minaları faktiki olaraq ayrı-seçkilik qoyulmadan istifadə edilən silaha çevirir və bu, ilk növbədə, Qara və Azov dənizləri, həm də Kerç və Qara dəniz boğazlarında mülki naviqasiyanı və dənizdəki insan həyatını təhlükə altında qoyur.
Bəyan edirik ki, üzən dəniz minalarından istifadəyə, habelə onların gözlənilməz nəticələrinə görə məsuliyyət yalnız Rusiya Federasiyasının və onun dəniz qüvvələrinin üzərinə düşür. Ukrayna beynəlxalq öhdəliklərinə sadiq qalaraq Rusiyanın Qara dənizdə üzən minalardan istifadə etməsi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına xəbərdarlıq edib, habelə beynəlxalq tərəfdaşlar məlumatlandırılıb".
Mia.az
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman