Ukraynada azərbaycanlı zabit ağır yaralanıb - FOTO

img

30-03-2022 [11:59]


Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğlu ağır yaralanıb.

Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub boya-başa çatıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA