Kəşfiyyat rəhbəri: "Əks-hücum 7-10 gün davam etsə, bu, Putinə güclü təzyiq olacaq"

img

29-03-2022 [13:59]


“Bu gün Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”.

UNİAN xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat İdarəsinin rəhbəri, general Mikola Malomuj deyib.

“Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, müharibəni uzatmaq onun üçün daha böyük uğursuzluq deməkdir. Diplomatik cəbhədəki uğurumuz sülhlə nəticələnə bilər. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını daha 7-10 gün davam etdirsə, bu, Putini danışıqlara məcbur edəcək güclü təzyiqə çevriləcək", - general bildirib/Report.

O həmçinin müharibənin qarşıdakı bir ay ərzində bitəcəyini proqnozlaşdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA