General: "Rusiya Ukraynanın daha 68 hərbi obyektini məhv edib"

img

29-03-2022 [11:49]


Rusiya Ordusu Ukraynanın Rovno vilayətində böyük yanacaq bazasını qanadlı raketlərlə məhv edib.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov açıqlayıb: “Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovno vilayətinin Klevan kəndi yaxınlığındakı böyük yanacaq bazasını məhv edib. Kiyev ətrafı qəsəbələrdə Ukrayna hərbi texnikası üçün yanacaq məhz bu bazadan verilib. Bununla bərabər, Rusiya aviasiyasının ötən gecə ərzində Ukraynanın 68 hərbi obyektini, o cümlədən üç Buk-M1 və bir “Osa” zenit raket kompleksi sistemini məhv edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA