Baydendən Putinlə bağlı açıqlama: "Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır"

img

29-03-2022 [09:07]


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırmasına aydınlıq gətirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Putini "müharibə cinayətkarı", "qatil" sayması şəxsi fikiridir: "Bu, rəsmi Vaşinqtonun siyasi mövqeyi deyil. ABŞ-ın Rusiya rəhbərliyini dəyişmək, Rusiya ilə quru və yaxud nüvə müharibəsi aparmaq niyyəti yoxdur. Bu, bizim istədiyimiz son şeydir. Rusiya Ukraynadanb geri çəkilməlidir".

Bayden Putinə görüş məısələsinin olub-olmayacağına da toxunub: "Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır".

Amma buna baxmayaraq Bayden bir daha Rusiyaya xəbərdarlıq edib: "Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, ciddi cavabı olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA