Bolqarıstanın Rusiyadakı səfiri məsləhətləşmə üçün Sofiyaya çağırılıb

img

28-03-2022 [15:33]


Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstyev məsləhətləşmə üçün Sofiyaya çağırılıb.

TASS xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov martın 28-də məlumat verib.

“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarənin göyərtəsində Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında uyğun sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir/Report.

Qeyd edək ki, martın 23-də Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonovanın ölkəsində baş verənlər barədə feysbuk səhifəsində yaydığı fikirlərdən razı qalmadığını bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA