Zelenskiyə qarşı planlaşdırılmış növbəti sui-qəsdin qarşısı alınıb

img

28-03-2022 [15:26]


Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planlaşdırılmış növbəti sui-qəsdin qarşısı alınıb.

Bu barədə "Kyiv Post"un "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Ukrayna Prezidenti Zelenskiyə qarşı növbəti sui-qəsd planı uğursuz olub.

Belə ki, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi 25 nəfərlik hərbi qrup Slovakiya-Macarıstan sərhədi yaxınlığında ələ keçirilib. "Qrupun məqsədi Ukrayna Prezidentini fiziki cəhətdən aradan qaldırmaq olub"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA