"AÇIQ DEYƏCƏM: MAKRON PUTİNDƏN QORXUR, CONSON İSƏ..." - Zelenskidən maraqlı açıqlamalar
28-03-2022 [13:37]
"Rusiya-Ukrayna müharibəsində mümkün qədər çox insanın həyatını xilas etmək Ukraynanın qələbəsi olacaq".
Mia.az xəbər verir ki, bu barədə Prezident Zelenski “The Economist”ə müsahibəsində deyib.
Bildirib ki, o, "Milli qəhrəman" deyil, sadəcə, xalqın ona inanmasının səbəbi özü olmasıdır: "Mən tez-tez Prezident Aparatından kənara çıxıram, real vəziyyəti görürəm. Bu yolla həqiqətən nə baş verdiyini dəqiq bilə bilirəm. Bəli, xalqın sənə inanması üçün dürüst, özün olmalısan. Məsələ cəsarətli olmaq deyil, düzgün saydığım şəkildə davranmalıyam. Bir şeyi bu və ya digər şəkildə necə edəcəyinizi bilmirsinizsə, dürüst olun, vəssalam. İnsanların sizə inanması üçün dürüst olmalısınız. Başqa şeylə özünüzü yormayın. Özün olmaq lazımdır. Və özünü olduğundan daha yaxşı göstərməmək vacibdir”.
Ukrayna prezidenti rus hərbçilərinin ukraynalı şəhər şəhər merlərini oğurlayıb öldürdüklərini də deyib: “Onların bəzilərini öldürüblər. Bəzilərini tapa bilmirik. Onların bəzilərini tapa bildik və onlar ölüdürlər. Ancaq biz qələbəyə inanırıq. Başqa nəyəsə inanmaq mümkün deyil. Mütləq qalib gələcəyik, axı bu bizim evimiz, torpağımız, müstəqilliyimizdir. Bu, sadəcə vaxt məsələsidir. Düzdür, Rusiyanın minlərlə hərbi maşını var. Onlar durmadan gəlirlər. Bəzi şəhərlərdə o qədər çox tank var ki, onlar oradan çıxa bilmirlər. Onların tank tıxacı var. Lakin bu, bizi qorxutmur".
Zelenski daha sonra Avropa liderlərinin dəstəyindən söz açıb.
O, Britaniyanın baş naziri Boris Consonun fədakarlığından, Almaniya kanslerinin gözləmə mövqeyindən, Makronun isə qorxaqlığından danışıb: "Açıq deyəcəm: Makron Rusiyadan qorxur, vəssalam. Böyük Britaniyanın Baş naziri Boris Conson isə açıq şəkildə bizi dəstəkləyir. O, tarazlıq yaratmağa cəhd etmir. Britaniya yaranmış vəziyyətə alternativ çıxış yolu görmür. Britaniya Ukraynanın qalib gəlməsini istəyir. Ancaq müharibənin uzanıb-uzanmamasını Britaniyanın istəyib-istəmədiyini deyə bilmərəm.
Almaniya isə gözləmə mövqeyindədir. Onlar Ukrayna ilə Rusiyaya münasibətdə tarazlıq yaratmaq istəyir. Almanların Rusiya ilə münasibətləri çoxdan davam edir. Almaniya vəziyyətə iqtisadi prizmadan yanaşır. Onlar, davamlı olaraq, yardım edirlər. Fikrimcə, hadisələrin inkişafına əsasən vəziyyətə uyğunlaşmağa çalışırlar”.
Mia.az
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman