Zelenskidən yeni açıqlama: "Məqsədimiz Ukraynada sülh və..."

img

28-03-2022 [11:20]


Prezident Volodimir Zelenski Türkiyədə gözlənilən Ukrayna-Rusiya danışıqları ilə bağlı yeni açıqlama verib.

Mia.az xəbər verir ki, Zelenski sülh üçün səylərini davam etdirdiklərini deyib:

"Qarşıda danışıqların yeni raundu var, biz hələlik sülhə səy göstəririk. Bizim prioritetlərimiz məlumdur. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur. Dövlətimiz üçün mövcud təhlükəsizlik təminatları məcburidir. Məqsədimiz Ukraynada sülh və normal həyatın mümkün qədər tez bərpa olunmasıdır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq. Tərəflər danışıqların növbəti raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək. Bütün təfərrüatlar daha sonra açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA