İstanbulda Rusiya ilə Ukrayna arasında görüş başa çatıb: "Rusiya ana tələblərimizi qəbul etmədi..." - Açıqlamalar/VİDEO (Yenilənib)
29-03-2022 [15:30]
İstanbulda Rusiya ilə başa çatan görüşdən sonra açıqlama verən Ukrayana heyəti qarşı tərəflə ərazi bütövlüyü və təhlükəsizlik təminatı məsələsində anlaşa bilmədiklərini bəyan edib.
Mia.az NTV-yə istinadla xəbər verir ki,bu, Ukraynanın ana tələbidir: "Biz neytral statusa etiraz etmirik. NATO-ya girməyəcəyik, ancaq bizim Avropa İttifaqına üzvülüyümüz əngəllənə bilməz. Bunun üçün də anlaşma olmalıdır. Ukraynanın təhlükəsizliyinə Türkiyə də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya, Polşa, Kanada, İtaliya və İsraildən birgə təminat verilməlidir. Ki, əgər Ukraynaya hücum olarsa, təminat verən ölkələr 3 gün içində silahlı dəstək daxil, hər cür yardımı edəcəklər. Lakin Rusiya tərəfi bunu da qəbul etmək istəmir. Bu barədə tələblərimizi qarşə tərəfə çatdırdıq. İki həftə ərzində yeni görüşümüz olacaq".
O da bildirilib ki, Rusiya tərəfi ilə bugünkü müzakirə əsas bu mövzular ətrafında olub.
Eyni zamanda, atəşkəs razilaşması da əldə olunmayıb: "Ukrayna ərazi bütövlüyü məsələsində, həmçinin Krım məsələsində əsla geri addım atmayacaq. Bu məsələdə güzəşt mümkün deyil.
Bizim üçün xalqla ünsiyyətdə olmaq vacibdir. Ukraynanın bütün vətəndaşları atılacaq addımlarla bağlı fikir bildirəcək. Krımın gələcək taleyi kimi məsələlərdə referendum keçiriləcək. Bundan sonra qərar veriləcək. Manipulyasiyaya imkan verilməməlidir”.
Rusiya nümayəndə heyəti isə bildirib ki, müzakirələrlə bağlı prezident Putinə məruzə olunacaq: "Bəzi maddələr üzrə anlaşmaya yaxınıq. Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil. Kiyev Krım və Donbasın güc yolu ilə geri qaytarılmasına da yol verməyəcəyini bildirib. Bu və ya digər məsələlərlə bağlı Prezident Putinə məruzə olunacaq. Qaldı prezidentlərin görüşünə, bu, XİN başçıları arasında razılaşmanın olacağı təqdirdə, mümkün ola bilər"..
***
Bu gün İstanbulda ciddi mühafizə tədbirləri altında baş tutan Ukrayna və Rusiya arasındakı danışıqlar başa çatıb.
Mia.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Ukrayna heyəti bildirib ki, görüşün ilk mərhələsi gözlənildiyindən bir saat tez bitib.
Müzakirə ümumilikdə 3 saat çəkib.
Məlumata görə, müzakirələrin sabah da davam edib-etməyəcəyi dəqiq bəlli deyil.
***
“Hazırda bir sıra mühüm məsələlər üzrə intensiv məsləhətləşmələr davam edir. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları haqqında sazişdir və yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”.
Bu barədə Ukrayna və Rusiya arasında danışıqlar üzrə nümayəndə heyətlərinin görüşündə iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak aralıq brifinqində söyləyib.
Onun sözlərinə görə, hazırda bütün yığılmış humanitar problemlərin həllinin mümkün olması üçün nümayəndə heyətlərinin müzakirə etdiyi məsələlərdən ikincisi atəşkəsdir: “Bu gün bizim daha böyük problemimiz var, müharibənin qızışması, nifrətin artması, döyüş adətlərinin, qaydalarının pozulmasının artması problemi. Bizdə və digər yerlərdə birbaşa efirlərdə bu və ya digər xalqı məhv etməyə çağırışlar, münaqişələrə gətirib çıxaran, hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasının necə pozulduğunu əks etdirən videogörüntülər yayımlanır”.
***
Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.
Mia.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, görüşdən əvvəl Ərdoğan hər iki tərəfin heyətləri ilə görüşüb və "Dünya sizdən müjdə gözləyir" mesajı verib. Qəbulda rusiyalı milyarder Roman Abramoviç də iştirak edib. ***
Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün martın 29-da yerli vaxtla 10:30 keçirilməsi gözlənilir.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya heyəti artıq İstanbula gəlib.
***
"İstanbulda Ukrayna heyəti ilə görüş üz-üzə olacaq"
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Lavrfov deyib.
O bildirib ki, bu görüşdən müsbət nəticələr əldə olunacağına inanır: "Biz belə görüşlərin müsbət nəticələr əldə olunması baxımından olmasına çox istəyirik. Məsələ budur ki, Ukrayna tərəfi görüşlərin uzanmasına maraqlı davranır. Biz isə əksinə. Amma hələki Putinlə Zelenskinin görüşü üçün zəmin yaranmayıb."
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, İstanbuldakı görüşdə Rusiya və Ukrayna arasında əsirlərin dəyişidirilməsi müzakirə olunmayacaq: "Hələki Rusiya və Ukrayna Prezidentləri arasında görüş mövzusunda heç bir irəliləyiş yoxdur".
Peskov görüşün bu gün baş tutmayacağını da deyib: "Çətin ki, danışıqlar bu gün davam etsin. Bu gün, həqiqətən nümayəndə heyətləri Türkiyəyə yola düşürlər. Amma biz danışıqların nəzəri olaraq sabah baş tuta biləcəyini gözləyirik”.
***
Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, “SN” fraksiyasının sədri David Araxamiya feysbuk hesabında məlumat paylaşıb.
O bildirib ki, Ukrayna və Rusiya danışıqlar raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək: “Video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti raundun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsinə qərar verdik”.
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman