Rəsmi Kiyev xalqa səsləndi: "Kadırova görə çeçenləri və müsəlmanları təhqir etməyin"

img

26-03-2022 [17:24]


Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç vətəndaşları Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin Ukrayna ərazisində döyüşməsi fonunda çeçenləri və ümumiyyətlə, müsəlmanları təhqir etməməyə çağırıb.

Bu barədə Prezident Ofisinin rəsmisi videomüraciət ünvanlayıb.

“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı - Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, - O.Arestoviç bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA