Ukrayna MN: "Xerson bu gün nəzarətimiz altına keçə bilər"

img

26-03-2022 [17:55]


Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər.

Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski “BBC Radio 4”un efirində danışıb.

“İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq".

M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb: “Buna görə də silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib, onlar Xersonu və bəzi digər şəhərləri geri almağa çalışırlar”/Report.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. Bununla belə, şəhərdə Rusiya hərbçilərinin əleyhinə mütəmadi şəkildə mitinqlər keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA