Bayden: "Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək"

img

26-03-2022 [11:34]


"Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub".

"RİA Novosti" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Bayden qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək/Report.

Qeyd edək ki, martın 24-də Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları, eləcə də Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini dayandırmağa hazır olduqlarını müzakirə ediblər.

“Onlar Rusiya və Belarusa iqtisadi xərclər tətbiq etmək üçün davam edən səylərini, həmçinin əlavə tədbirlər görməyə və sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazır olduqlarını nəzərdən keçiriblər”, - məlumatda vurğulanır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA