Ərdoğan Moskvaya qarşı sanksiyalara qoşulmayacaqlarını dedi: "Təkcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq"

img

25-03-2022 [13:35]


“Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə hazırda təkcə təbii qazın təqribən yarısını Rusiyadan alır: "Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm.

İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq".

Ərdoğan xatırladıb ki, Türkiyənin 85 milyon əhalisi var: "Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”.

Ərdoğan Rusiyadan alınan S-400-lərin Ukraynaya veriləcəyi barədə xəbərə də aydınlıq gətirib:

"Belə bir şey yoxdur. Biriləri Türkiyənin qaynar nöqtəyə calamaq istəyirlər. Amma annda buna müdaxilə edəərk, imkan vermətik. S-400-lərlə bağlı məsələ çoxdan bitib. O Türkiyə malıdır. Türkiyənin müdafiəsi üçündur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA