Baş katib: "NATO təhdidlərə dözüm nümayiş etdirməyəcək" - "Ukraynaya daha çox dəstək veriləcək"

img

24-03-2022 [17:43]


"NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək".

Mia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bugünkü iclasda deyib.

O bildirib ki, NATO-ya üzv dövlətləri qorumaq üçün Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirilib.

Baş katib əlavə edib ki, bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib: “Müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək. Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Həmçinin kibertəhlükəsizliyimizi gücləndirəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA