Zelenski Yaponiya parlamentində: “Ukraynada 15 nüvə bloku var..."

img

23-03-2022 [17:44]


“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Çernobılda baş verənləri hər kəs xatırlayır: "Rus qüvvələri silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir. Odur ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər".

Zelenski sonda Yaponuya ilə Ukraynanı azadlıq arzularının birləşdiridiyini deyib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA