Lavrovdan Qərbə "qırmızı xətt" xəbərdarlığı:  "Danışıqların təxirə salınması, Zelenskiyə xaki rəngli köynəkdə..."

img

23-03-2022 [14:09]


“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin parlamentlərində çıxışında emosiyalarının ona kömək olacağına ümid edir”.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Moskva ilə Kiyev arasında danışıqların təxirə salınması vəziyyəti dramatikləşdirmək, Zelenskiyə xaki rəngli köynəkdə Avropa ölkələrinin parlamentlərində çıxışına imkan vermək və NATO-nun mümkün müdaxiləsini tələb etmək məqsədi daşıyır: "Biz dünya liderləri ilə müntəzəm əlaqələ saxlayırıq. Qərb vasitəçilikdə xüsusi maraqlıdır. Biz buna qarşı deyilik, amma qırmızı xəttimiz var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA