Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

img

23-03-2022 [11:56]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb.

Həmçinin Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA