Rusiya dəniz piyadaları briqadasının komandiri öldürülüb: "Ukraynalı qadınları zorlamağa cəhd edən hər kəsin aqibəti belə olacaq"

img

23-03-2022 [11:46]


Rusiya dəniz piyadaları briqadasının komandiri Ukraynada öldürülüb.

UNİAN xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk deyib.

Lakin o, öldürülən komandirin ad-soyadını açıqlamayıb.

Spiker deyib ki, Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub: “Yaxşı xəbər var, Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib. Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin aqibəti belə olacaq. Onları bağışlamaq olmaz”.

S.Bratçuk Ukrayna Silahlı Qüvvələrinə və torpaqları qoruyan hər kəsə təşəkkür edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA