Zelenski İtaliya parlamentində: "Moskvaya daha çox təzyiq göstərilməlidir"

img

22-03-2022 [16:31]


Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya parlamentində çıxış edib.

Mia.az xəbər verir ki, o, çıxışında Ukraynada sülhü təmin etmək üçün mümkün olan hər şeyi etməyin vaxtı olduğunu deyib: "Bu, Rusiyanın çoxdan hazırladığı müharibədir. Bu savaş Kremlə Avropanın siyasətinə, avropalıların həyatına təsir etmək üçündür. Hücum əməliyyatlarının 27 günüdür, demək olar, 1 aydır dayanmır. Ona görə də daha çox sanksiyalara ehtiyac var. Moskvaya daha çox təzyiq göstərilməlidir ki, o, Liviyada və ya Suriyada muzdlu döyüşçü axtarmasın”.

Zelenski Rusiyanın müharibəni dayandırması üçün ona daha güclü təzyiqin olmasının vacibliyini qabardıb: "Moskvaya qarşı sanksiyalarda istisna olmamalıdır. İtaliya rusiyalı cinayətkarlar üçün kurort zona olmamalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA