Zelenski ilə Putinin görüşünə hazırlıq gedir: "Bəzi ilkin sənədlər hazırlanıb..."

img

22-03-2022 [12:47]


“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.

Bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib/Report.

Podolyak bildirib ki, istənilən fundamental qərar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər: "Belə bir görüşə hazırlıq gedir. Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Müharibənin qaynar fazasının sona çatmasında maraqlı ölkələr var. Bəzi ilkin sənədlər hazırlanıb liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”.

M.Podolyak, həmçinin vurğulayıb ki, dövlət başçılarının ehtimal olunan görüşü ilə bağlı hələlik tarix proqnozlaşdırmaq mümkün deyil.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA