Zelenskiyə sui-qəsdə hazırlaşan 25 nəfərlik qruplaşma saxlanıldı

img

22-03-2022 [11:20]


Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

Mia.az Ukrayna mediasına istinadla xəbər verir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Bildirilib ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb.

Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA