“Sabah” brazilyalı hücumçu alıb

img

21-03-2022 [16:12]


“Sabah” brazilyalı futbolçu alıb.

Mia.az xəbər verir ki, klub braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.

Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA