ŞUŞANIN NOVRUZ BÜSATI (esse)
19-03-2022 [12:52]
Hər il Novruzda təbiət ilıq yaz Günəşinin hərarətindən bir daha cana gəlib oyandıqca doğma torpağımız bu dünyanın ən gözəl guşəsi kimi insana gəl-gəl deyir.
Ötən payızdan torpağa sığınıb baharın gəlişini gözləyən novruzçiçəyi gözünü açıb yeni bir həyata başladıqca Bakıdan Gəncəyə, Şirvandan Şəkiyə, Naxçıvandan Şuşaya qədər Vətənimizin hər yerində yeni bir büsat, Novruz büsatı boy atır. Torpağının bütövlüyünə qovuşmuş, qalib Azərbaycana bahar gəlmişdir!
Novruz hər il Azərbaycanda böyük təntənə il qarşılanır. Hətta doğma Qarabağımız 30 il düşmən tapdağında olanda da xalqımız bu el bayramında “Uca Allah gələn Novruzu bizlərə Şuşada keçirməyi nəsib etsin”, - arzusu ilə birbirini aramış, ürək sözlərini çatdırmışdır. Müzəffər Ordumuz Qarabağı düşmən işğalından azad etdikdən sonra artıq ötən ildən ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşada, Cıdır düzündə şölələndirdiyi ilk Novruz tonqalı bir daha bu torpaqlara yağı düşmən ayağının dəyməyəcəyini, uşaqlarımızı daha xoşbəxt, daha təhlükəsiz gələcək gözlədiyini bütün dünyaya elan etdi. Bu həm də Novruz tonqalı timsalında bütün dünyanı sülhə çağıran, bu torpaqlarda qara günlərin artıq geridə qaldığını və bundan sonra Qarabağda yalnız və yalnız quruculuğun, dinc həyatın və mədəniyyətin yaşayacağının bəyanı idi.
Novruzun Qarabağda, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada qarşılanması Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları üçün çox əlamətdar hadisədir. Əgər 44 günlük şanlı Vətən müharibəsi dövründə dünyaAzərbaycan xalqının dəmir yumruq kimi möhkəm birliyinin şahidi olmuşdusa, Şuşada keçirilən hər Novruz bayramı da bu şəhərin, eləcə də bütün Qarabağın azərbaycanlılar üçün nə qədər əziz olduğunu da bir daha göstərir. Artıq başı üzərindəki qara buludları yox olmuş Şuşasına qovuşmuş Günəş kimi hər kəs buradakı Novruz büsatını da bərabər yaşamaq istəyir.
Şuşa artıq mədəni dünyanın cazibə mərkəzidir. Ölkə başçımız 2022-ci ili “Şuşa ili” elan etməklə, əslində, bütün dünyanın diqqətini yenidən bu şəhərə, Qarabağa və bütün Azərbaycana cəlb etdi.
Bundan sonra ölkəmizin Mədəniyyət Paytaxtı olmaqla, Şuşa xalqımızın qədim mədəniyyətinin dünyaya tanıdılmasının, torpaq sevgisinin ən sonunda mütləq qalib gələcəyinin canlı təbliğatçısı olacaq. İndi hamını özünə səsləyən Şuşa qəhrəman şəhidlərimizin dastana döndüyü bu torpaqlarda yaradılacaq yeni büsatı ilə çox yaxında cənnətin qapısı kimi bütün dünyanın üzünə açılacaq, insanların ürəyində yeni gözəl arzular oyanacaq.
Bu gün isə burada, öz torpağında Novruzu qarşılayan şuşalıların, qəhrəman əsgərlərimizin, xarıbülbülün sevgisinin şirin vüsalına qovuşmuş bütün Azərbaycan xalqının bir arzusu var: qoy heç zaman bahar Günəşimiz sönməsin, bir daha övladlar şəhid olmasın.
Şəlalə Cabbarova,
Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR