4 ölkə Rusiyanın diplomatlarıını “arzuolunmaz şəxs” elan edib

img

18-03-2022 [17:41]


Estoniya Rusiyanın 3 diplomatını “arzuolunmaz şəxs” elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onlar Estoniyanın təhlükəsiziyini təhdid etməkdə və ölkə əleyhinə təbliat aparmaqda ittham olunurlar. 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç də bildirib ki, Latviya diplomatik statusla ziddiyyət təşkil edən fəaliyyətinə və Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə görə Rusiya səfirliyinin 3 diplomatını ölkədən çıxarır.

Litva da 3 rusiyalı diplomatı ölkədən çıxarıb/Report.

Onu da qeyd edək ki, bu gün Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə akkreditə edilmiş 10 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA